BDU-da beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri davam edir

BDU-da beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri davam edir Bakı Dövlət Universitetində (BDU) Qazaxıstan Respublikasının Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyi (IQAA) tərəfindən həyata keçirilən beynəlxalq proqram akkreditasiyası çərçivəsində Akkreditasiya komissiyalarının sahə səfəri davam edir.

Beynəlxalq ekspertlər akkreditasiya prosedurlarına uyğun olaraq magistratura səviyyəsində tədris olunan 14 təhsil proqramı üzrə Universitetdə tədris və idarəetmə proseslərini yerində qiymətləndirir. Sahə səfərinin ikinci günü çərçivəsində ekspertlər Universitetin yeni yaradılmış laboratoriyaları və yenilənmiş infrastrukturu ilə tanış olub, elmi-tədqiqat və tədris imkanlarını yerində qiymətləndiriblər. Proseslərdə müşahidəçi qismində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri də iştirak edirlər.

Sahə səfəri çərçivəsində beynəlxalq ekspertlər BDU-nun akademik və inzibati heyəti ilə bir sıra görüşlər keçirir, Universitetin struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olurlar. Ekspertlər tələbələr, məzunlar və işəgötürənlərin nümayəndələri ilə müzakirələr apararaq, təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunluğu, tədris prosesinin səmərəliliyi və tələbəyönümlü təhsil mühitinin təmin edilməsi məsələlərini qiymətləndirirlər. Ekspertlər həmçinin təhsil proqramlarının kurikulumları, təlim və tədris metodları, tələbələrin qiymətləndirilməsi mexanizmləri, elmi-tədqiqat fəaliyyəti və Universitetin daxili keyfiyyət təminatı sisteminin tətbiqi ilə bağlı sənədləri nəzərdən keçirirlər.

Sahə səfərinin yekun mərhələsində ekspertlər tərəfindən ilkin müşahidələr və tövsiyələr təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər