Pəhləvi iranlılara çağırış etdi: küçələrə çıxmayın

Pəhləvi iranlılara çağırış etdi: küçələrə çıxmayın İran şahının oğlu və müxalif fiqur Reza Pəhləvi ölkə vətəndaşlarına müraciət edib.

Reza Pəhləvi yayımladığı bəyanatda iranlıları təhlükəsizlik səbəbindən hələlik küçələrə çıxmamağa çağırıb. O bildirib ki, qarşıdakı mərhələ “mübarizənin son fazası” kimi qiymətləndirilir və bu dövrdə ehtiyatlı davranmaq vacibdir.

Pəhləvinin sözlərinə görə, vətəndaşlar dövlət qurumlarına, hərbi obyektlərə, polis bölmələrinə və repressiv aparatla əlaqəli təşkilatların binalarına yaxınlaşmamalıdır.

O iddia edib ki, İran İslam Respublikası təhlükəsizlik qüvvələrini gizlətmək və “insan qalxanı” yaratmaq üçün məktəblərdən, məscidlərdən və digər ictimai məkanlardan istifadə edir. Bu səbəbdən vətəndaşlara belə yerlərdən uzaq durmaq tövsiyə olunub.

Reza Pəhləvi dövlət qulluqçularına da müraciət edərək iş yerlərinə getməməyi tövsiyə edib. O, onları həyat və təhlükəsizliklərini riskə atmamağa çağıraraq, fəaliyyətlərinin öz həmvətənlərinə qarşı təzyiq alətinə çevrilməsinə imkan verməməyə səsləyib.

Tehsil-press.az

Oxşar xəbərlər