Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi Xarici işlər naziri Ceyhun Bayramovla Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

XİN-dən bildirilib ki, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Yaxın Şərqdə artan hərbi eskalasiyanı, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tehsil-press.az

Oxşar xəbərlər