Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 13-də Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür.

Bu barədə QMİ-dən məlumat verilib.

Bildirilib ki, səfərdən məqsəd Krallığın paytaxtı Ər-Riyad şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak etməkdir.

14 dekabrda keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Forumu "Çoxqütblü dünyada bəşəriyyət naminə dialoqda qarşılıqlı hörmət və anlaşmanın yeni erası" mövzusuna həsr olunub.

BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə mötəbər forumda iştirak edən Şeyxülislam A.Paşazadə məruzə ilə çıxış edəcək. Forum çərçivəsində QMİ sədrinin bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər