Rəhman Əsgərova KÜÇƏ İTLƏRİ hücum edib-FOTO

Rəhman Əsgərova KÜÇƏ İTLƏRİ hücum edib-FOTO Ucar şəhərinin 28 May küçəsində 61 yaşlı Rəhman Əsgərov yaşadığı binanın həyətində olarkən sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.

Köməksiz vəziyyətdə qalan şəxs son anda itlərin hücumundan güclə xilas olub. Bədəninin müxtəlif nahiyələrindən xəsarət alan Rəhman Əsgərov ətrafda olan sakinlərin köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İt dişləməsi nəticəsində xəsarət alan şəxsə xəstəxanada ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər