Gəncə Dövlət Universitetində İNSİDENT: 37 yaşlı qadın özünə xəsarət yetirdi

Gəncə Dövlət Universitetində İNSİDENT: 37 yaşlı qadın özünə xəsarət yetirdi Gəncədə işdən çıxarılan qadın qolunu kəsərək özünə xəsarət yetirib.

Hadisə Gəncə Dövlət Universitetinin əsas binasında baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

İlkin versiyaya görə GDU-nun dəftərxanasının əməkdaşı olan G.Məmmədova xəbərsiz işdən çıxarılması səbəbindən özünə xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər