Bacı qardaşı bıçaqladı

Bacı qardaşı bıçaqladı Cəlilabadda bacı-qardaş arasında yaranan mübahisə qanla bitib.

Hadisə rayonun Adnalı kəndində baş verib.

Kənd sakinləri 1982-ci il təvəllüdlü Şəfəq Əsgərova ilə qardaşı 1979-cu il təvəllüdlü Nurəddin Əsgərov arasında mübahisə yaranıb.

Bu zaman Şəfəq Əsgərova bıçağa əl atıb və qardaşı N. Əsgərova iki bıçaq zərbəsi endirib.

Xəsarət alan N .Əsgərov ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Məlumata görə, bacı-qardaş arasında mübahisə tez-tez baş verirmiş.

Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər