“Bolmart”ın Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin Çökəli küçəsində yerləşən filialı su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyu talayıb.Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumu marketlər şəbəkəsi barədə protokol tərtib edib və “Bolmart”ın daxil olduğu şirkəti məhkəmə qaydasında 2500 manat məbləğində cərimələnib.
Şirkət isə məhkəmə qərarından apellyasiya şikayəti verib. İddia ərizəsində.qeyd olunub ki, protokolda əks olunan qanunsuz su qoşulması halı “Bolmart”ın orada fəaliyyət göstərməsindən əvvəl, başqa təsərrüfat subyektinin dönəmində mövcud olub.
Məhkəmə isə bildirib ki, tərtib edilmiş protokol tam əsaslıdır. Məlum olub ki, iki il müddətinə sudan qanunsuz istifadə edən “Bolmart” dövlətə 4104 manat ziyan vurub.
Qeyd edək ki, “Bolmart” hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsusdur.
Tehsil-press.az










