Məktəb Röyanın oğlu ilə bağlı PAYLAŞIM etdi: Şərhə yazılan bu fikir qalmaqal YARATDI — FOTO

Məktəb Röyanın oğlu ilə bağlı PAYLAŞIM  etdi: Şərhə yazılan bu fikir qalmaqal YARATDI    —    FOTO Xalq artisti Röya Ayxanın oğlu Hüseyn Cəlilovla bağlı paylaşım marağa səbəb olub.

Müğənninin oğlu ilə bağlı onun təhsil aldığı məktəb paylaşım edib.

Paylaşımdan məlum olur ki,Xalq artistinin oğlu Bakı Modern Təhsil Kompleksində oxuyub.

"Şagirdimiz Hüseyn Cəlilov beynəlxalq arenada böyük nailiyyət əldə edərək Hüquq ixtisası üzrə nüfuzlu ali təhsil müəssisələrindən qəbul almışdır:University of Liverpool– Böyük Britaniyanın aparıcı tədqiqat universitetlərindən biri, hüquq və sosial elmlər sahəsində güclü akademik ənənəyə malikdir.",-deyə məktəbin rəsmi səhifəsində edilmiş paylaşımda qeyd olunur.

Sözügedən paylaşımın şərh bölümündə kifayət qədər maraqlı fikirlər qeyd olunub.

Estilo Aigul adlı istifadəçinin “Kitab üzü açana oxşamır. Bir müəllim baxışı ilə yazıram” şərhi sözügedən səhifədə mübahisəyə səbəb olub.

Bununla belə müğənninin oğluna müsbət şərhlər yazanlar da xeyli sayda olub.

Qeyd edək ki,Hüseyn Cəlilov müğənninin Anar Cəlilovla birgə nikahında dünyaya gəlib. O,müğənninin yeganə övladıdır.

Tehsil-press.az

Oxşar xəbərlər