Reyd zamanı meyvə satan sahibkarın mallarının müsadirə edilməsi ictimai narazılıq doğurub.
İcra nümayəndəsinin davranışına etiraz edənlər arasında tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da yer alıb. O, Samir Bədəlovu parodiya edərək paylaşdığı videoda “çalış, zalımın zalımı ol, fağırın yox” ifadəsi ilə reyd zamanı nümayiş etdirilən davranışı tənqid edib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə icra nümayəndəsi meyvə satan sahibkara “Bura vətəndaşın yoludur, alma satmaq üçün yer deyil. Səkidə satırsansa, sənin deyil. ‘Vsyo’, qoyun bunları maşına!” deyir.
Tehsil-press.az









