Göyçayda 50-yə yaxın vəzifəli şəxs istefa verib? - Açıqlama + Adlar

Göyçayda 50-yə yaxın vəzifəli şəxs istefa verib? - Açıqlama + Adlar Göyçayda 50-yə yaxın vəzifəli şəxsin işdən azad edilməsi ilə bağlı icra başçısına ərizə ilə müraciət etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, siyahıda adı keçən şəxslər bir neçə kəndin icra nümayəndəsi, icra nümayəndəsinin müavinləri və mühasiblərdir. Yayılan ərizələrdə həmin şəxslərin səhhətində problemin olması ilə bağlı işdən çıxmaq istədiyi vurğulanır.
Tehsil-press.az məsələyə Göyçay rayon icra hakimiyyətinin informasiya sektorunun müdiri Nicat Musayevdən münasibət öyrənib. O bildirib ki, yayılan məlumatın əsası yoxdur: “Biz siyahı ilə tanış olmuşuq. Həmin şəxslərlə də əlaqə saxlamışıq. Deyirlər ki, elə bir ərizə yazmayıblar. Həmin xətt də onlara mənsub deyil.
Bunu yayanlar rayonun sosial-iqtisadi inkişafını gözü götürməyən şəxslərdir. İcra hakimiyyətində bununla bağlı hələ ki araşdırma başladılmayıb”.

Göyçayda 50-yə yaxın vəzifəli şəxs istefa verib? - Açıqlama + Adlar

Günel Türksoy

Oxşar xəbərlər