Fermerlərə subsidiya ödənişləri davam edir
Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və payızda əkilən çoxillik əkmələr üzrə bu günədək ümumilikdə 277 825 fermerə 810 810 hektar sahə üzrə əkin subsidiyası ödənilib.
Agentlikdən verilən məlumata görə, hazırda payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması prosesi davam edir.
Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada aparılır.
Subsidiyaların ödənişi davam edəcək.
Tehsil-press.az
- Baxış: 96
Xəbərin tarixi: 01.04.2026 / 21:21
-
Oxşar xəbərlər