Pulsuz tibbi xidmətlər: Kimlər yararlana bilər?

Pulsuz tibbi xidmətlər: Kimlər yararlana bilər? Hazırda vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 3 mindən artıq diaqnozu əhatə edən tibbi xidmət göstərilir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə tibbi xidmətlər ödənişsizdir. Zərfə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidmət, laboratoriya xidməti, fizioterapiya xidməti, invaziv radiologiya xidməti, stasionar cərrahi xidmət, stasionar terapevtik xidmət daxildir. Dövlət tibb müəssisələrində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda vətəndaşlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsindən birinə göndəriş verilir və vətəndaş Xidmətlər Zərfi ilə təminata alınmış tibbi xidmətlərdən ödənişsiz yararlana bilir. Təcili və təxirəsalınmaz hallar istisna olmaqla, göndəriş vərəqəsi almadan birbaşa özəl tibb müəssisəsinə müraciət etdikdə tibbi xidmətin dəyərini vətəndaş tam həcmdə öz vəsaiti hesabına ödəyir.

Bəs kimlərə icbari tibbi sığortanın xidmətləri ödənişsizdir?

Məsələni şərh edən millət vəkili Azər Badamov deyib ki, işləmək potensialı olan, lakin heç bir gəliri olmayan şəxslər (işsiz kimi qeydiyyatdan keçənlər) və tələbələr üçün icbari tibbi sığortanın xidmətləri ödənişsizdir:

“Bu kateqoriyadan olan şəxslərin icbari tibbi sığorta ödənişi dövlət büdcəsindən qarşılanacaqdır. Amma iş qabiliyyəti olan və öz iş yerini rəsmilədirməyərək gizlədərək özünü işsiz kimi təqdim edən şəxslərin icbari tibbi sığortası dövlət tərəfindən qarşılanmayacaq”.

“Belə şəxslər güzəştli tibbi xidmətlərindən yararlanmaq üçün 16 manat icbari tibbi sığorta haqqını ödəməli olacaqlar. Əks halda onlara güzəştli tibbi xidmətlər təqdim olunmayacaq”, – deputat yekunlaşdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər