Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bu gün 2 tanınmış şəxsin məzarını ziyarət edib.Bu barədə özü məlumat yayıb.
Onun ilk baş çəkdiyi məzar mərhum qarmon ifaçısı, Xalq artisti Afdandil İsrafilov, sonrakı isə Milli Məclisdə keçmiş həmkarı olmuş Qənirə Paşayevanın məzarları olub.
Adil Əliyev hər iki şəxsin məzarlarına çiçəklər qoyaraq, ruhlarına dualar oxuyub.
Qeyd edək ki, bu gün görkəmli sənətkarımız Aftandil İsrafilovun anadan olmasının 85 illik yubeliyidir.
Tehsil-press.az





