Tədbirdə tələbələrə müasir əmək bazarında təkcə CV-də qeyd olunan akademik göstəricilərin deyil, ünsiyyət, komandada işləmə, liderlik, problem həll etmə, vaxtın idarə olunması və emosional zəka kimi bacarıqların əhəmiyyəti praktiki nümunələr əsasında izah olunub. Təlimçi real iş mühitindən nümunələr və interaktiv tapşırıqlarla bu bacarıqların inkişaf etdirilməsi yollarını iştirakçılara təqdim edib.
Sonda iştirakçıların sualları cavablandırılıb, onların karyera planlamasında diqqət etməli olduqları mühüm məqamlar önə çəkilib.
Tehsil-press.az









