Alimlər informasiyanın yazılması üçün canlı qurğu icad etdilər

Alimlər informasiyanın yazılması üçün canlı qurğu icad etdilər ABŞ-ın Harvard Universitetinin genetikləri bakteriya DNK-larını informasiyanın yazılması və saxlanılması üçün qurğuya çevirməyə imkan verən texnologiya hazırlayıblar.

Bakteriya viruslara toqquşmanın xronikasını apararaq öz geninə virus DNK fraqmentlərini xronoloji ardıcıllıqla əlavə edə bilir. Əvvəllər genetik informasiyanı sintetik genə yazmaq mümkün olsa da, canlı orqanizm DNK-sında bu ilkdir. Genetik Ceff Nival deyib ki, biz informasiyanı birbaşa bakteriyalar genomuna yazırıq.
“Bizim indiyədək kodlaşdıra bildiyimiz informasiyanın həcmi sintetik DNK molekuluna yazıla biləcək informasiya həcmindən xeyli az olsa da, hesab edirik ki, bizim üsul çoxlu potensial üstünlüklərə malikdir”, – ABŞ genetiki vurğulayıb.
Harvard genetikləri hesablama metodikasından asılı olaraq bakterial genomda 30-300 bayt informasiya saxlayıblar. Canlı hüceyrələrlə keçirilən əvvəlki eksperimentlərdə rekord təxminən 11 bit təşkil edib.
Bildirilir ki, insanlarda olduğu kimi, bakteriyalar “CRISPR/Cas” adlanan unikal immun sisteminə malikdir. Sistem kiçik virus DNK-larını kəsərək və onları genlərin öz ardıcıllığına yerləşdirməklə işləyir. Virus hücumlarının tarixçəsini oxumaq üçün genləri sekvensiya etmək lazımdır.
Alimlər tərkibində DNK fraqmentlərinin kəsilməsi və əlavə olunması üçün lazım olan, lakin immun funksiyalarını yerinə yetirməyən “Cas1” və “Cas2” fermentlərini kodlaşdıran genlərin sadələşdirilmiş versiyası olan “E. Coli” bakteriyalarından istifadə ediblər.
Belə bakteriyalar müxtəlif DNK-larla toqquşaraq toqquşmalar barədə molekulyar məlumatı saxlayıblar. Öz növbəsində alimlər sonradan hadisələrin xronikasını əldə etmək üçün genomu oxuyublar.
Tədqiqatçıların fikrincə, texnologiya bu mühitdə hansı mikroorqanizmlərin mövcudluğu barədə informasiyanı yaza bilən sensor bakteriyalar yaratmağa imkan verəcək. Bu cür sensorlardan istifadə torpaq, orqanlar sistemi və atmosferin analizində faydalı ola bilər.


Tehsil-press.az

Oxşar xəbərlər