BDU TGT-nin nümayəndələri mükafatlandırılıb

BDU TGT-nin nümayəndələri mükafatlandırılıb Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) nümayəndələri Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən Tələbə Gənclər Təşkilatlarının mükafatlandırma mərasimində təltif olunublar.

Mərasimdə BDU TGT-nin sədri Harun Mehdiyev “İlin TGT sədri” nominasiyası, təşkilatın sədr müavini Nihat Allahverdiyev isə “İlin TGT nümayəndəsi” nominasiyası üzrə mükafatlandırılıb.

Tələbələrimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Tehsil-press.az

Oxşar xəbərlər