Anar Tağıyev yüksək vəzifəyə təyin olundu

Anar Tağıyev yüksək vəzifəyə təyin olundu Rabitəbank ASC-də rəhbər heyətində dəyişiklik baş verib. Bankın maliyyə idarəçiliyinin daha da gücləndirilməsi məqsədilə yeni kadr təyinatı həyata keçirilib.

Rabitəbank ASC-nin İdarə Heyətinin qərarına əsasən Anar Tağıyev 2026-cı il fevralın 2-dən etibarən bankın Maliyyə üzrə İcraçı direktoru vəzifəsinə təyin olunub.

Anar Tağıyev bank və maliyyə sektorunda peşəkar fəaliyyətinə 2010-cu ildən başlayıb. O, müxtəlif dövrlərdə müştəri xidmətləri, mühasibatlıq, maliyyə nəzarəti və büdcə idarəçiliyi sahələrində çalışaraq həm regional, həm də mərkəzi strukturlarda məsul vəzifələr icra edib. Eyni zamanda, dövlət qurumlarında layihələrin idarə olunması və maliyyə məsləhətçiliyi istiqamətlərində fəaliyyət göstərib.

2021-ci ildən Rabitəbank ASC-də Maliyyə Menecmenti departamentinin rəhbəri kimi çalışan Anar Tağıyev bankın maliyyə strategiyasının hazırlanması və icrasında, maliyyə dayanıqlığının qorunmasında və resursların effektiv idarə olunmasında mühüm rol oynayıb.

Yeni vəzifəsində Anar Tağıyevin Rabitəbankın maliyyə idarəetmə modelinin daha da təkmilləşdirilməsinə, strateji inkişaf prioritetlərinin maliyyə baxımından effektiv dəstəklənməsinə və bankın uzunmüddətli dayanıqlı inkişafına töhfə verəcəyi gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər