Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" sabiq oyunçusu Amirhossein Rasoulini yenidən heyətinə cəlb edib.Məlumatı klubun mətbuat xidməti yayıb.
Ötən il Naxçıvan təmsilçisinin formasını geyinən iranlı futzalçı yayda komandadan ayrılmışdı. O, 54 qolla 2024/2025 mövsümünün bombardiri olub.
Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda 25 xalla Azərbaycan Yüksək Liqasının turnir cədvəlinə başçılıq edir.
Tehsil-press.az










