Təhsil işçiləri həm işləyir, həm də istirahət edirlər - Komitə sədrindən aktiv fəaliyyət

Təhsil işçiləri həm işləyir, həm də istirahət edirlər - Komitə sədrindən aktiv fəaliyyət "Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yanvar ayı ərzində 700 nəfərdən çox ittifaq üzvü üçün ekskursiya və turlar təşkil olunub”.

ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev rəsmi feysbuk səhifəsində yanvar ayına olan statistikanı açıqlayıb.

Paylaşımında A.Paşayev qeyd edib ki, 533 nəfər təhsil işçisi rayon və şəhər komitələrinin təşkilatçılığı ilə Quba, Qusar, Qəbələ, Şamaxı və Astara rayonlarına təşkil edilmiş bir neçə günlük turlardan yararlanaraq istirahət ediblər.

A.Paşayev bildirib ki, 168 nəfər təhsil işçisi isə "İçərişəhər" Tarix-Memarlıq Qoruğuna və açıq səma altında yerləşən Qala Etnoqrafiya Muzeyinə ekskursiya ediblər.

Qeyd olunub ki, bu cür maarifləndirici və istirahət xarakterli gəzintilər gələcəkdə də mütəmadi olaraq təşkil ediləcəkdir.

Təhsil işçiləri həm işləyir, həm də istirahət edirlər - Komitə sədrindən aktiv fəaliyyət


Tehsil-press.az

Oxşar xəbərlər