
Bu barədə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev sosial media hesabında paylaşım edib.
Paylaşımda bildirilir: "Artıq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı yeni adla fəaliyyətini davam etdirir – Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı! Bu dəyişiklik elm və təhsil sahəsində çalışan bütün ittifaq üzvlərinin maraqlarını daha geniş və dəqiq əhatə etmək, İttifaqın fəaliyyət istiqamətlərini müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirmək üçün atılan vacib bir addımdır.
Yeni ad, yeni hədəflər və daha geniş imkanlarla fəaliyyətimizi davam etdirəcəyik".
Tehsil-press.az