İrəvanla Bakı arasında sülh… – Vens etiraf etdi

İrəvanla Bakı arasında sülh… – Vens etiraf etdi ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, TRIPP layihəsi (“Tramp Marşrutu”) tranzit və ticarətin blokdan çıxarılması hesabına Cənubi Qafqaz regionuna ciddi iqtisadi fayda verəcək.

O, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı səsləndirib.

Vensin sözlərinə görə, TRIPP region üçün tarixi dəyişikliklər vəd edir. O, həmçinin TRIPP fondu barədə məlumat verərək, bunun vasitəsilə Ermənistana iri həcmdə özəl kapitalın yönəldiləcəyini qeyd edib.

Layihə ticarət, tranzit və enerji axınları üçün yeni imkanlar açacaq, Ermənistanla qonşu ölkələr arasında misilsiz əlaqələr yaradacaq.

Vens vurğulayıb ki, bu addımlar təkcə Ermənistan xalqına rifah gətirməyəcək, həm də uzunmüddətli sülh üçün mühüm zəmin formalaşdıracaq.

Onun sözlərinə görə, iqtisadiyyat və enerji sektorları arasında qarşılıqlı bağlılıq dayanıqlı sülhün əsas şərtidir. TRIPP Fondu dəmir yollarının, boru kəmərlərinin və inteqrasiya olunmuş infrastrukturun tikintisi üçün özəl kapital axınını təmin edəcək, bu da regionda real rifah yaradacaq və İrəvanla Bakı arasında sülh sazişinin möhkəmlənməsinə töhfə verəcək.

Tehsil-press.az

Oxşar xəbərlər