
Bunu İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığında deypib.
“Prezident Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmadan məmnunluğunu ifadə edib, eyni zamanda, bu mühüm hadisə münasibətilə hər iki ölkəni təbrik edib, həmçinin İranın ölkələrin ərazi bütövlüyünü qorumaqla regionda, xüsusilə qonşular arasında sülhün, inteqrasiyanın və sabitliyin bərqərar olmasını həmişə alqışladığını vurğulayıb”,- qeyd olunub.
Qeyd edək ki, bundan öncə Ermənistan hökuməti Paşinyan və Pezeşkian arasında telefon danışığının baş tutduğunu açıqlayıb.
Tehsil-press.az