Tramp, Əliyev və Paşinyan Ağ Evdə hansı sənədləri İMZALAYACAQ – SİYAHI

Tramp, Əliyev və Paşinyan Ağ Evdə hansı sənədləri İMZALAYACAQ – SİYAHI Vaşinqtonda olan jurnalist Aleks Raufoglu ABŞ hökumətindəki mənbələrə istinadən Ağ Evdə imzalanması planlaşdırılan sənədlərin siyahısını açıqlayıb.

Bu sənədlərin imzalanması gözlənilir:

Birgə bəyannamənin imzalanması;
Sülh müqaviləsinin paraflanması;
ATƏT-in Minsk Qrupundan çıxmaq haqqında birgə məktubun imzalanması;
Ermənistan-ABŞ və ABŞ-Azərbaycan arasında ikitərəfli memorandumların qəbulu.

A.Raufoglunun sözlərinə görə, artıq gündəmdə "dəhliz" anlayışı yoxdur. İndi diqqət mərkəzində “Trampın beynəlxalq sülh və rifah üçün marşrutu” (TRIPP) adlı yeni tranzit və inkişaf planı dayanır.

Bu təşəbbüs Azərbaycanın əsas ərazisindən Naxçıvana maneəsiz ticarət dəhlizi yaratmağı nəzərdə tutur. TRIPP layihəsi həm də “Orta Dəhliz”in yenidən formatlaşdırılması və gücləndirilməsi üçün strateji fürsət kimi təqdim olunur.

Tehsil-press.az

Oxşar xəbərlər