Azərbaycanda fəaliyyət göstərən bir neçə melioservis və ixtisaslaşdırılmış təmir-quraşdırma idarəsi ləğv olunduğunu elan edib.Elanlara əsasən, aşağıdakı qurumlar fəaliyyətini dayandırır və kreditorlara iki ay müddətində tələblərini müvafiq ünvanlara təqdim etmək çağırışı edilir:
Qazax Melioservis İdarəsi – 3500 Qazax şəhəri, Nəriman Nərimanov küçəsi, ev 72, mənzil 1
Salyan Melioservis İdarəsi – AZ 5200, Salyan rayonu, Nizami 4 küçəsi
Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi – AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr., ev 234
Ucar Melioservis İdarəsi – 6116, Ucar rayonu, Qarabörk küçəsi, ev 01, mənzil 01
Yevlax Melioservis – 6612, Yevlax rayonu, Aran qəsəbəsi, Su Meliorasiya İstismarı İdarəsi
Bərdə Melioservis İdarəsi – 0900, Bərdə şəhəri, S. Zöhrabbəyov küçəsi, ev 10, mənzil 1
Neftçala Melioservis İdarəsi – 4700, Neftçala şəhəri, VII məhəllə küçəsi
Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi – 2000, Gəncə şəhəri, Totanlı küçəsi 111
Qurumlar kreditorlara müraciət edərək bildiriblər ki, yaranmış öhdəliklərlə bağlı tələblərini iki ay ərzində göstərilən ünvanlara təqdim etsinlər.
Tehsil-press.az















