
Bu sözləri İranın Elm və Təhsil naziri Mənsur Qulami ABŞ universitetləri ilə əməkdaşlıq edən ölkə alimlərinə müraciətində deyib. O bildirib ki, alimlərin fəaliyyəti və dünya miqyasına çıxması bəzi dövlətləri narahat edir. İran elminin inkişafının qarşısını almağa çalışırlar.
Nazir tanınmış genetik alim Məsud Süleymaninin ABŞ-da heç bir ittiham irəli sürülmədən həbs edilərək 14 ay türmədə saxlanılmasını misal göstərib. Qeyd olunub ki, iranlı alim ABŞ-ın elmi dairələri tərəfindən tədbirə dəvət almasına baxmayaraq hava limanında həbs edildi.
Nazir açıq şəkildə dilə gətirməsə də, qeyd edib ki, İran alimlərinin ABŞ-a dəvət alması təsadüfi deyil. ABŞ-da alimlər xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək iranlı alimləri ölkəyə dəvət edirlər. Bu səbəbdən M.Qulami alimlərə ABŞ-a getməməyi tövsiyə edib.
Tehsil-press.az