
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sığınacağa yerləşdirilən azyaşlı ilə bağlı paylaşım edib.
“Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Üç yaşlı Səidə zərərli vərdişləri olan ailədən müvəqqəti uzaqlaşdırıldı. Anası və atası sabah narkoloji dispanserdə müayinədən keçiriləcək.
Səidə balamız artıq yanımızdadır. Sabahdan müayinələrə başlayacağıq. Natəmizlikdən körpənin rəngi bilinmirdi. Saçlarını da məlum səbəbdən qırxdıq”, - K.Ağazadə bildirib.
Tehsil-press.az