
Beş icra hakimiyyəti bir müddətdir baş mühasibsiz fəaliyyət göstərir.
Bunlar Neftçala, Hacıqabul, Goranboy, Ordubad və Bakının Nəsimi rayon icra hakimiyyətləridir. Sözügedən vəzifələr bir müddətdir ki, vakansiyaya çıxarılıb.
Bundan əvvəl isə paytaxtın Xəzər və Pirallahı rayon icra hakimiyyətlərində sektor müdiri - baş mühasib vəzifəsi boş olub. Bir neçə gün əvvəl həmin vəzifələrə təyinatlar həyata keçirilib.
Tehsil-press.az