Tovuzda ər arvadını bıçaqladı

Tovuzda ər arvadını bıçaqladı Tovuzda qadın bıçaqlanıb.

Tehsil-press.az-ın verdiyi məlumata görə, Tovuz şəhər sakini, 1986-cı il təvəllüdlü Mətanət İbrahimova sağ bazunun və sol kürək nahiyəsinin bıçaq yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdiirlib. Ona dərhal tibbi yarıdm göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər