Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) sensasion hadisə baş verib.TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Qurbanov Orxan Ənvər oğlu soyadını dəyişib. Onun bu addımı qurumun əvvəlki rəhbəri Vüqar Qurbanovla qohum olduğu üçün atdığı iddia edilir.
Departament rəhbərinin soyadını dəyişərək Ənvərli etməsi öz vəzifəsini qoruması ilə əlaqələndirilib.
Orxan Qurbanov məlumatı təsdiqləyib və qərarını belə əsaslandırıb:
“Mən soyadımı dəyişə bilmərəm? İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun. Ona görə dəyişib atamın adını götürmüşəm. Vüqar Qurbanovun isə qohumu deyiləm”.
O, “soyadınızı Vüqar Qurbanovun məsləhəti ilə dəyişmisiniz?” sualını cavabsız qoyub.
Tehsil-press.az








