Polimer Materialları İnstitutunun əməkdaşları beynəlxalq elmi-texniki forumda yüksək nəticə əldə ediblər
Perm Milli Tədqiqat Politexnik Universiteti (ПНИПУ) tərəfindən genişmiqyaslı “ParmaTech.2026” (ПармаТех.2026) II beynəlxalq elmi-texniki forumu keçirilib. 1 mart tarixindən başlayan forumun proqramı 31 may 2026-cı il tarixinə qədər müxtəlif mərhələ və elmi tədbirlər üzrə davam edəcək. 15-17 aprel 2026-cı il tarixlərində Kimya Mühəndisliyi, Sənaye Ekologiyası və Biotexnologiya, İnşaat Mühəndisliyi və Yol Mühəndisliyi fakültələri tərəfindən “Kimya. Ekologiya. Urbanistika” beynəlxalq elmi-praktiki konfransı keçirilib. Forum çərçivəsində keçirilən konfransda elm, innovasiya, müasir kimya sənayesi üçün kadr hazırlığının təkmilləşdirilməsi, modern dünyada elm və təhsilə marağın artırılması məsələləri müzakirə edilib. Tədbirin əsas məqsədi tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi, onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və gələcək peşə fəaliyyətlərində mövcud problemlərin aradan qaldırılmasında fəal iştiraklarının təşviqi olub.
Konfrans həm əyani, həm də distant texnologiyaların tətbiqi ilə keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materiallar İnstitutunun alimləri və əməkdaşları tədbirdə iştirak ediblər. Təqdimatlar universitetin 30-dan çox müəllim və tələbə heyəti tərəfindən böyük maraqla dinlənilib. Təşkilat komitəsi təqdimatları elmi səviyyə, praktik əhəmiyyət və tədqiqatların etibarlılığı baxımından yüksək qiymətləndirib. Konfransın sonunda iştirakçılar təqdimat müsabiqəsinin nəticələrinə əsasən mükafatlara layiq görülüblər.
İnstitutun Elektro- və bioaktiv роlimеr materialları lаbоrаtоriyаsının elmi işçisi Günel Abaszadə I dərəcəli diplom və Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Fatimə Mustafayevanın elmi rəhbəri olduğu Sumqayıt Dövlət Universitetinin magistri Eltac Mustafayev II dərəcəli diplom ilə mükafatlandırılıblar.
Tehsil-press.az
- Baxış: 120
Xəbərin tarixi: 23.04.2026 / 19:15
-
Oxşar xəbərlər