Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyevin cavabını təqdim edir:
"Abituriyent buraxılış imtahanından neçə bal yığırsa yığsın, blok imtahanına buraxılır. Buraxılış imtahanında 100 baldan aşağı toplayıb, blok imtahanında müəyyən bal toplamaqla ixtisas seçimində iştirak etmək olur. Kolleclərə qəbulda və yaxud qabiliyyət tələb edən ixtisaslarda blok imtahanına ehtiyac qalmır. Daha aydın izah edə bilərik ki, beşinci ixtisas qrupunda buraxılış imtahanı və qabiliyyət olan ixtisaslar var ki, orada qabiliyyət imtahanı əsas rol oynayır. Bəzilərində də qabiliyyət imtahanı sadəcə məqbul ilə qiymətləndirilir və yaxud da qabiliyyət imtahanı tələb olunmur. Universitetlərə ixtisas seçimində iştirak etmək üçün hansısa keçid balı yoxdur. Sadəcə ingilis dilində olan ixtisaslar var ki, bu zaman ingilis dili fənnindən imtahan zamanı minimum 40 balı keçmək lazımdır. Bəzi ali təhsil müəssisələrdə bu, 50-60 bala qədər yükslənə bilər. Məsələn ADA Universitetində, İtaliya-Azərbaycan Universitetində və digər müəyyən universitetlərdə bal məhdudiyyəti tətbiq oluna bilər. Bu da ingilis dilində olan ixtisaslara şamil edilir".
Tehsil-press.az










