Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA Deputat Vüqar Bayramov təklif edib ki, incəsənət məktəblərində beynəlxalq müsabiqələrin qalibləri olan müəllimlər sertifikasiya imtahanlarından azad olunsun.

Təhsil eksperti Məzahir Məmmədli açıqlamasında bildirdi ki, bu fikrində kifayət qədər məntiq var:

"Beynəlxalq müsabiqələr qalibi olan şəxslərin imtahandan azad olunması məntiqli görünür. Çünki sertifikasiya biliyin, bacarığın, qabiliyyətin üzə çıxarılması, onun yoxlanılmasıdır. Əgər şəxs beynəlxalq müsabiqələrdə yer tutub, nəticə göstəribsə, əlbəttə ki, onun yenidən sertifikasiyaya cəlb olunması bir az məntiqli görünməz. Ona görə də Vüqar Bayramovun təklifi müəyyən qədər əsaslıdır və məqsədəuyğundur".

Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi isə qeyd etdi ki, müəllimlər ən azı 1 dəfə də olsa sertifikasiyaya cəlb olunmalı, nəzəri biliklər, fənn, ixtisas bilikləri yoxlanılmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər