Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

Allahşükür Paşazadə: Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak edəcək.

Bunu bayram namazından sonra jurnalistlərə açıqlamasında Allahşükür Paşazadə deyib.

O bildirib ki, ötən gün Gürcüstan səfirliyində olub:

"Orada başsağlığı verdim. II İliya mənim dostum olub. Ermənistan məsələsində o mənim yanımda olub. Martın 22-də dəfndə iştirak edəcəyəm. Böyük şəxsiyyət idi. Azərbaycanın və mənim dostum idi. Dəfələrlə olub ki, Ermənistan məsələsində mənim yanımda olub. Yaxın dostumu itirdim".

Tehsil-press.az

Oxşar xəbərlər