Martın 20-si Ramazan bayramı kimi qeyd olunacaq.Bu barədə ilahiyyatçı Ağa Hacıbəyli bildirib.
O bildirib ki, Beynəlxalq Astronomiya Mərkəzinin açıqlamasına əsasən, Ay görünüb və 14 dəqiqə ərzində səmada müşahidə olunub. Bu səbəbdən martın 20-si Ramazan bayramı kimi müəyyən edilib.
Qeyd edək ki, Ramazan ayının başa çatması Ayın görünməsi ilə müəyyənləşir və bu, İslam dünyasında bayramın tarixinin təsdiqində əsas meyarlardan biri hesab olunur.
Tehsil-press.az








