Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi yekunlaşıb

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi yekunlaşıb 2016-cı ilin fevral ayından start götürən əsaslı şəkildə təkmilləşdirilmiş I və V sinif, eləcə də yeni yaradılmış IX sinif dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi başa çatıb.
Dərslik layihələrinə dair rəy və təkliflər Təhsil Nazirliyinin e-resurs.edu.az saytı və [email protected] elektron poçtu vasitəsilə qəbul edilib. Ümumilikdə I, V və IX siniflər üzrə 77 dərslik layihəsi sayta yüklənib. Həmin dərslik layihələrinə dair 1544 rəy və təklif daxil olub. Daxil olan rəylərin 91 faizi IX sinif, 6 faizi V sinif, 3 faizi isə I sinif dərslik layihələrinə aiddir.
IX sinif dərslik layihələri içərisində ən çox rəy və təklifin daxil olduğu layihə Azərbaycan dili (tədris dili) dərslik layihəsi (13,3 faiz), ən az rəy və təklifin daxil olduğu layihə isə Fransız dili dərslik layihəsi (0,1 faiz) olub.
Daxil olan rəy və təkliflərdə irad, tövsiyə, müsbət və tənqidi xarakterli fikirlərə rast gəlinib. Bütün rəy və təkliflər operativ şəkildə dərslik layihəsini hazırlamış müvafiq nəşriyyat-poliqrafiya müəssisələrinə çatdırılıb. Həmin fikirlərin əsasında nəşriyyatlar və müəlliflər tərəfindən dərslik layihələri üzərində müvafiq təkmilləşdirmələr aparılıb. Bəzi fikirlər isə nəşriyyatlar və müəlliflər tərəfindən qəbul edilməyib.
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesində fəallıq nümayiş etdirən hər bir şəxsə təşəkkürümüzü bildiririk!


Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi yekunlaşıb

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi yekunlaşıb

Tehsil-press.az

Oxşar xəbərlər