
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, şəxsiyyəti təsdiqləyən sənədlərin operativ təqdim edilməsində Daxili İşlər Nazirliyi, “ASAN” Xidmət və Dövlət Miqrasiya Xidməti mühüm rol oynayıb.
Hazırda IX sinif üzrə 540, XI sinif üzrə isə 132 nəfərin məlumatları şəxsiyyəti təsdiqləyən sənədi olmadığından sistemə daxil edilməyib. Bu siyahıda ölkə üzrə ən aşağı göstəricilər Bakının Sabunçu rayonuna (60 nəfər), Suraxanı rayonuna (76 nəfər) və Xəzər rayonuna (58 nəfər) aiddir.
TQDK məlumatları sistemə hələ də daxil olunmayan buraxılış sinif şagirdlərinin valideynlərindən xahiş edir ki, övladlarının buraxılış imtahanlarında iştirak edə bilmələri üçün onları şəxsiyyəti təsdiqləyən sənədlə təmin etsinlər.
Tehsil-press.az