ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü başlayıb.Bu, Səudiyyə Ərəbistanı şahzadəsinin səkkiz ildən sonra Vaşinqtona ilk səfəridir.
Görüşün gündəliyinə ABŞ-Səudiyyə Ərəbistanı təhlükəsizlik əlaqələri, o cümlədən Birləşmiş Ştatların Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələrini satması, silah müqavilələri, ticarət və investisiya daxildir.
Tramp görüşdə Səudiyyə Ərəbistanının İbrahim sazişinə qoşulmasını və İsrail ilə münasibətləri normallaşdırmasını müzakirə etmək niyyətindədir.
***
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra Ağ Evi tərk edib.
Trampla Salman arasındakı görüş təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinə, mülki nüvə enerjisi sferasında əməkdaşlığa və krallıqla milyardlarla dollarlıq biznes müqavilələrinin bağlanmasına yönəlib.
Tehsil-press.az













