“Nizami” stansiyasının yeni çıxışı olacaq

“Nizami” stansiyasının yeni çıxışı olacaq 2030-cu ilə qədər bənövşəyi xətt üzrə “Nizami” stansiyasına paralel yerləşəcək B5 stansiyasının tikintisi başa çatdıqdan sonra stansiyaya yeni keçid təmin olunacaq.

Bunu bu gün Bakı Metropoliteni QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, metronun “Nizami” stansiyasının yalnız bir çıxışı var, yəni, eskalatorların təmiri üçün alternativ çıxış yoxdur:

“Nizami” dərinözüllü stansiya hesab edilir. “B5 və “Nizami” stansiyası bir-birinə yaxın, eyni ərazidə yerləşən iki stansiyadır. B5 Mərkəzi Parkın altında yerləşəcək. Oradan “Nizami” stansiyasına keçid olacaq. Bununla da gələcəkdə metronun “Nizami” stansiyasında eskalatorların dəyişimi zamanı stansiyanı bütövlükdə bağlamağa ehtiyac qalmayacaq. Sərnişinlər alternativ yolla Mərkəzi Park ərazisinə sərbəst çıxış edə biləcəklər”.

Tehsil-press.az


Oxşar xəbərlər