Hadisə “20 Yanvar” metrostansiyasında qeydə alınıb.
Belə ki, bir kişi qəfil platformada uzanaraq halının pisləşdiyini bildirib. Ətrafda olan sərnişinlər dərhal ona kömək etməyə çalışıb – bəziləri su gətirib, digərləri isə təcili tibbi yardım çağırıb. Lakin bir qədər sonra hadisənin gözlənilməz tərəfi üzə çıxıb. Məlum olub ki, kişinin səhhətində ciddi problem yoxdur. O, qəfil ayağa qalxaraq gülüb və vəziyyətinin yaxşı olduğunu deyərək ərazidən uzaqlaşıb.
Metrodakı bəzi şəxslər Musavat.com əməkdaşına bildiriblər ki, sözügedən şəxsə daha əvvəl də rast gəliblər.
Onların sözlərinə görə, həmin kişi tez-tez metroda oxşar davranış sərgiləyir:
“Bəlkə də evi yoxdur. Bu ilk hal deyil. O, tez-tez uzanır və guya yuxuya getdiyini deyir”.
Tehsil-press.az







