Məsələ ilə bağlı danışan tibb eksperti Şahvələd Məmmədov bildirib ki, Buşehr şəhəri coğrafi baxımdan Azərbaycandan xeyli məsafədə yerləşir:
“Nəzərə alsaq ki, Azərbaycanın əsas yaşayış məntəqələri daha çox bu tərəfdə cəmlənib, cənub istiqamətində isə Təbriz və Urmiya kimi şəhərlər yerləşir, mümkün təsirlərin də daha çox həmin istiqamətlərdən gəlməsi ehtimal olunur. Bu baxımdan, Buşehrin birbaşa Azərbaycana ciddi təsir göstərməsi ehtimalı nisbətən aşağı qiymətləndirilir. Coğrafi məsafə və mövcud təbii şərait nəzərə alındıqda riskin azalması daha məntiqli görünür. Əlbəttə, regionda baş verən hər hansı hadisə dolayısı ilə müəyyən təsirlər yarada bilər. Lakin hazırkı vəziyyətdə bunun ölkəmiz üçün genişmiqyaslı və ciddi təhlükə yaradacağı gözlənilmir. Ümumilikdə, ilkin qiymətləndirmələrə əsasən risk aşağı səviyyədədir və Azərbaycan üçün ciddi təhlükə ehtimalı böyük görünmür. Bununla belə, vəziyyətin inkişafı diqqətlə izlənilməli və rəsmi mənbələrin açıqlamalarına əsaslanmaq daha doğru yanaşma hesab olunur”.
Tehsil-press.az









