İranda daha 2 628 nәfәr koronavirusa yoluxub

İranda daha 2 628 nәfәr koronavirusa yoluxub İranda ötәn sutka әrzindә daha 2 628 nәfәr koronavirusa (COVID19) yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, belәliklә İranda bu virusa yoluxanların sayı 217 724 nәfәrә çatıb. Virus daşıyıcılarından 2 912 nәfәrin vәziyyәti ağırdır.
Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 109 nәfәr koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 10 239 nәfәrә yüksәlib.
Nazirlik rәsmisi indiyәdәk 177 852 nәfәrin koronavirusdan sağaldığını deyib. Kirmanşah, Kürdüstan, Xuzistan, Hörmüzqan, Qәrbi Azәrbaycan vә Buşehr vilayәtlәrindә vәziyyәt tәhlükәlidir.
İranda indiyәdәk 1,55 milyondan çox diaqnoz testi hәyata keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər