Kişi diş ətində iltihabla bağlı həkimə müraciət edib. Müayinə zamanı diş ətləri qanamağa başlayıb və ehtimal olunur ki, məhz bu anda bakteriyalar qan dövranına daxil olub. Qısa müddət sonra – təxminən 45 dəqiqə ərzində – pasiyentin vəziyyəti qəfil pisləşib, onu titrətmə tutub və dərhal xəstəxanaya çatdırılıb.
Xəstəxanada vəziyyət daha da ağırlaşıb: ürəyi dayanıb, damarlarında tromblar yaranıb, toxumalar sürətlə nekrozlaşmağa başlayıb. Həkimlər onun həyatını xilas etmək üçün süni tənəffüs aparatına qoşublar.
Sürətlə inkişaf edən sepsis səbəbindən həkimlər radikal qərar verməli olublar – pasiyentin bir ayağı tam, digər ayağı dizdən aşağı, həmçinin bir əlinin pəncəsi və digər qolunun bir hissəsi amputasiya edilib.
Tehsil-press.az








