Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya edildi

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya edildi Bu gün saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Tehsil-press.az

Oxşar xəbərlər