Şirniyyatdan uzaq durmağa çalışanlar, pəhriz saxlayanlar və dondurmanı "qadağan olunmuş meyvə" hesab edənlər üçün yeni aparılan elmi araşdırmalar, əslində dondurmanın sağlamlıq üçün çox faydalı olduğunu sübut edib.Aparılan son tədqiqatların nəticələrinə görə, dondurma istehlakı zənn edildiyi kimi yalnız "boş kalori" deyil, həm də ürək-damar sağlamlığı üçün faydalıdır. Tədqiqatçılar iddia edirlər ki, dondurmanın tərkibindəki bəzi komponentlər ürək xəstəliklərinə qarşı qoruyucu faktor rolunu oynayır.
Məlum olub ki, dondurma yalnız əhval-ruhiyyəni qaldırmır, həm də orqanizmdə müəyyən metabolik proseslərə müsbət təsir göstərərək ürəyin fəaliyyətini dəstəkləyir. İllərdir dietoloqların "şəkər və yağ deposu" kimi qələmə verdiyi bu desert, əslində düzgün miqdarda qəbul edildikdə sağlam qida rasionunun bir parçası ola bilər.
Mütəxəssislər bildiriblər ki, burada əsas məqam balansdır. Araşdırma nəticəsində qeyd olunub ki, bu məsələ hələ də müzakirələrə səbəb olsa da, dondurma həvəskarları artıq özlərini o qədər də günahkar hiss etməməlidirlər. Çünki xoşbəxtlik gətirən hər dad, həm də sağlamlıq gətirə bilir.
Tehsil-press.az









