Hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə onu Cinatyət Məcəlləsinin 263-1.3.cü maddəsi ilə təqsirli bilib. Sürücülük hüququ olmadan və sərxoş halda ağır qəza törədən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrum olunub.
İttihama görə, hadisə ötən ilin avqustun 31-də saat 16 radələrində Ağdaş-Zarağan magistral yolunun Soltannuxa kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Həmin gün Polad ailə üzvləri ilə yaşadığı Aydınqışlaq kəndindən digər kəndə toya gedib. O, toyda spirtli içki qəbul edib.
Daha sonra sərxoş halda idarə etdiyi “Opel Astra” minik markalı avtomobili ilə yola çıxıb. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Sürücü ağır yaralanıb, avtomobildəki sərnişin - 11 yaşlı oğlu Z.Ağababayev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Tehsil-press.az










