Salyanda “Mercedes” və “Kamaz” qəzaya uğrayıb

Salyanda “Mercedes” və “Kamaz” qəzaya uğrayıb Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Qızılağac kəndi ərazisində “Mercedes” və “Kamaz” markalı yük avtomobillərinin qəzaya uğraması barədə məlumat daxil olmuşdur.
Dərhal Nazirliyin Muğan Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxarmış və aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 02:30-da başa çatmışdır.


Tehsil-press.az

Oxşar xəbərlər