Naxçıvanda KİVDF yaradıldı

Naxçıvanda KİVDF yaradıldı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb.
Ali Məclisin Sədri Vasif Talıbovun müvafiq fərmanı ilə Fondun müşahidə şurasının üzvləri təsdiq olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının üzvləri aşağıdakı şəxslərdir:
Hüseynli Ülvi Mötəbər oğlu - Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Sultanova Mehriban Paşa qızı - “Şərq qapısı” qəzetinin baş redaktoru
Əliyev Rauf Feyzulla oğlu - “Şərq qapısı” qəzeti baş redaktorunun müavini
Canbaxşıyev Səməd Canbağış oğlu - Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İnformasiya təminatı və saytlarla iş redaksiyasının baş redaktoru
Qənbərov Qafar Tahar oğlu - “Nuh yurdu” qəzetinin redaktoru.

Tehsil-press.az

Oxşar xəbərlər