Şeyxzamanovun qardaşı qızının meyiti tapıldı - Video

Şeyxzamanovun qardaşı qızının meyiti tapıldı - Video Bakı şəhər Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında yerləşən mənzillərin birində 71 yaşlı qadının meyiti tapılıb.

Bu barədə ARB-nin süjetində qeyd olunub.

Bildirilib ki, vəfat edən Leyla Şeyxzamanova elmlər doktoru, Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi olub. O, mərhum aktyor, xalq artisti Məmmədrza Şeyxzamanovun qardaşı qızıdır.

Bildirilib ki, uzun müddət tənha yaşayan qadın bir həftədən çoxdur mənzildən çıxmırmış. Binadan pis qoxu gəldiyi üçün qonşular polisə müraciət ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və pəncərədən mənzilə daxil olduqda məlum olub ki, 71 yaşlı qadın hamam otağında vəfat edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır, ölüm səbəbi müəyyənləşdirilir.



Tehsil-press.az

Oxşar xəbərlər