31 yaşlı qadın qətlə yetirildi - Qardaşı saxlanıldı
İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində evlərin birində 1993-cü il təvəllüdlü Məmmədova Səbinə Əli qızının küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı 1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Tehsil-press.az
- Baxış: 1176
Xəbərin tarixi: 06.06.2024 / 10:15
-
Oxşar xəbərlər